“Kasımpaşa” Mustafa Dənizlinin müqaviləsini uzadıb

Türkiyənin “Kasımpaşa” futbol klubu baş məşqçisi Mustafa Dənizlinin müqaviləsini uzadıb.Türkiyə klubunun saytında yer alan xəbərə görə, Superliqa təmsilçisi ilə Dənizli arasında yeni 2 illik müqavilə imzalanıb. Bu ilin oktyabrın ayından Dənizlinin rəhbərlik etdiyi komanda Superliqada 15 turdan sonra 26 xalla 2-ci pillədə qərarlaşıb. Qeyd edək ki, 68 yaşlı mütəxəssis 2013-14 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə