Müller: "Bu hərəkəti qəsdən etməmişdim"

“Bavariya”nın futbolçusu Tomas Müller Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Ayaks”la matçda (3:3) rəqib oyunçu Nikolas Taqliafikoya etdiyi hərəkətə görə üzr istəyib. Bu barədə o, özünün rəsmi "Tvitter" hesabında yazıb: "Dünənki hadisəyə görə Nikolas Taqliafikodan üzr istəyirəm. Bu hərəkəti qəsdən etməmişdim. Ona tezliklə sağalmasını arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə