Çempionlar Liqasında ingilis hegemonluğu

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsində ən çox klubla İngiltərə təmsil olunacaq. Bu ölkənin qrup mərhələsindən mübarizəyə qoşulan 4 klubunun hamısı - "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Tottenhem" 1/8 finala vəsiqə qazanıblar. "Mançester Siti" qrup lideri, digərləri isə 2-ci pillənin sahibləri kimi pley-offa yüksəliblər.

Sıralamada ikinci yeri hərəyə 3 komanda ilə təmsil olunan Almaniya ("Bavariya", Dortmund "Borussiya"sı, "Şalke") və İspaniya ("Real", "Barselona", "Atletiko") tutur. 1/8 final mərhələsində Fransa (PSJ, "Lion") və İtaliyadan ("Yuventus", "Roma") 2, Portuqaliya ("Portu") və Hollandiyadan ("Ayaks") isə 1 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü dekabrın 17-də atılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə