“Fənərbaxça” Filip Kokuya rəsmən "əlvida" dedi

“Fənərbaxça” futbol klubu, yollarını ayırdığı baş məşqçi Filip Koku ilə bağlı rəsmi məlumat yayıb. Klubun saytında yer alan xəbərə görə, hollandiyalı çalışdırıcının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. İstanbul klubu komandadan ayrılsa da, bir müddətdir müqavilənin sonlandırmaq üçün danışıqlar apardığı F. Koku ilə ortaq məxrəcə gələ bilib. Qeyd edək ki, 48 yaşlı mütəxəsis mövsümün əvvəlindən “sarı-lacivərtli” klubu çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə