Elçin Səmədli hakimlik karyerasını başa vurub - FOTOLAR

Bu gün futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib. SİA-nın məlumatına görə, turun “Neftçi” - EKOL oyunundan əvvəl AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik, komitənin departament rəhbəri Cavid Cəlilov, Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, oyunun hakim-inspektoru Murad Məmmədov, EKOL komandasının rəhbərliyi FİFA referisi Elçin Səmədliyə hakimlik karyerasını başa vurması ilə əlaqədar təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.

18 may 1971-ci ildə Bakı şəhərində anadan olan Elçin Səmədli 2003-cü ildən hakimlik fəaliyyətinə başlayıb. Müxtəlif liqalarda oyunlar idarə edən referi 2006/2007-ci illərdə Premyer Liqa matçlarına təyinat alıb.

2007-ci ilin ikinci yarısından sırf futzal hakimi kimi fəaliyyət göstərən E.Səmədli 2008-2018-ci illərdə futzal üzrə FİFA referisi olub.

İndiyədək futzal üzrə ölkə çempionatının müxtəlif liqalarında, eləcə də Azərbaycan kuboku yarışında 1150-dən çox oyun idarə etmiş referi FİFA və UEFA-nın 83 rəsmi oyununa təyinat alıb. E.Səmədli UEFA-nın I kateqoriyasına qədər yüksəlməyi bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə