Şpaqaçılarımız Dünya Kubokuna hazırlığı başa vurublar - FOTOLAR

Gənc şpaqaçılarımız Ruslan Həsənov, Xalid Əliyev və Fərrux Səfərov Rusiyanın paytaxtı Moskvada keçirilən təlim-məşq toplanışında iştirak ediblər. Azərbaycan Qılıncoynatma Federasiyasından SİA-ya bildiriblər ki, toplanış dekabrın 3-dən 13-dək davam edib. Təlim-məşq toplanışı Dünya Kubokuna hazırlıq xarakteri daşıyıb.

Qeyd edək ki, adıçəkilən qılıncoynadanlarımız dekabrın 15-16-da Yunanıstanın İraklion şəhərində təşkil olunacaq Dünya Kubokunda mübarizə aparacaqlar.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə