Vitor Pereyra Premyer Liqaya qayıdacaq

"Fənərbağça”nın sabiq baş məşqçisi Vitor Pereyra Premyer Liqaya qayıdacaq. SİA-nın “Sky Sports”a istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssisin İngiltərə klubu “Ridinq”i çalışdıracağı iddia olunur.

Çində “Şanqay SİPG” ilə çempion olan baş məşqçiyə burada qazandığından çox aşağı məbləğ təklif olunsa da, o işinə İngiltərədə davam etməyi üstün tutur.

Mütəxəssis müqavilənin detallarını müzakirə etmək üçün yaxın zamanlarda İngiltərəyə gedəcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə