Fransa çempionatında daha iki oyun təxirə salınıb

Futbol üzrə Fransa çempionatında daha iki oyun təxirə salınıb. Fransa Liqa 1-in rəsmi saytında yer alan məlumata görə, çempionatın 18-ci turunda keçirilməsi planlaşdırılan "Nitsa" - Sent-Etyen" və "Nant" - Monpelye" əvvəlcədən təyin olunan vaxtda oynanılmayacaq.

Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub. Oyunların polisin tələbi ilə təxirə salındığı bildirilir. Qeyd edək ki, Fransada etirazlara görə bir neçə oyun təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə