"Barselona"nın futbolçusu klub sahibi oldu

"Barselona"nın müdafiəçisi Jerar Pike futbol klubu alıb. İspaniya mətbuatının yazdığına görə, o, Kataloniya çempionatında çıxış edən "Andorra"nın sahibi olub. Qeyd edək ki, sözügedən klub 1942-ci ildə yaradılıb. Xatırladaq ki, J.Pike son açıqlamalarının birində futbol klubu almaq istədiyini söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə