“Portu” nun baş məşqçisi: “Qalatasaray” bizi təzyiq altında saxlayırdı”

“Portu” klubunun baş məşqçisi Serxio Konseysao UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində məğlub etdikləri “Qalatasaray” klubu ilə oyun (3:2) haqda fikirlərini bildirib. SİA-nın “TRTspor”a istinadən verdiyi məlumata görə, mətbuat konfransında iştirak edən baş məşqçi növbəti mərhələyə vəqisə qazandıqları üçün xoşbəxt olduğunu vurğulayıb.

“Qalatasaray” oyuna fəal başlamışdı və bizi təzyiq altında saxlayırdı. İlk qoldan sonra komandam biraz rahatlaşdı. Fasiləyə 2:1 hesabı ilə öndə yollandıq. Hesabda 2 qol önə keçdikdən sonra (3:1) rəqib ruhdan düşdü. Onlar səhv etməyə başladılar, ancaq orta sahə oyunçularımız bundan yararlana bilmədilər. Qələbə qazandığımıza görə çox sevinirəm”, -deyə mütəxəssis əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə