“Qalatasaray” dünya ulduzunun transferinə pul xərcləməyəcək

“Qalatasaray” Deni Velbeki transfer etməkdə israrlıdır. SİA-nın məlumatına görə, bu haqda İngiltərənin “Mirror” qəzetində xəbər yayılıb. Bildirilir ki, ingilis futbolçu azad agent kimi Türkiyə klubuna transfer olunacaq. Yəni, “cim-bom” Velbekin transferinə əlavə pul xərcləməyəcək.

Hazırda topuğunda zədəsi olan futbolçunun yaşıl meydanlara nə zaman qayıdacağı dəqiq bilinmir. Ancaq yaz aylarında transfer pəncərəsi zamanına qədər onun zədəsinin sağalması gözlənilir.

Dövrə arasında 2 forvard transfer edəcəyi bildirilən “Aslan” yeni mövsümdə Velbeklə birlikdə bu sayı 3-ə çatdırmağı planlaşdırır.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə