Fatih Terim: “Avropa Liqasında oynamağımız daha ədalətlidir”

“Portu” ilə hər iki matçda qol şanslarımız çox oldu. Ancaq bundan yararlana və qələbə qazana bilmədik. Avropa futbolunda belə səhvlər bağışlanılmır”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasında "Portu" ilə qarşılaşmadan sonra mətbuat konfransında deyib.

O, 2:3 hesablı məğlubiyyətə baxmayaraq, futbolçularının əzmkar oyun nümayiş etdirdiklərini bildirib: “Səhvlər olsa da, komandanın əzmkar mübarizə aparmasından razıyam. Əlbəttə, Çempionlar Liqasında mübarizəni dayandırdığımıza görə məyusam. Ancaq belə səhvlər ediriksə, Avropa Liqasında oynamağımız daha ədalətlidir”.

Qeyd edək ki, “Qalatasaray” Çempiopnlar Liqasının D qrupunda 3-cü olduğuna görə bu yarışda mübarizəni dayandırıb və Avropa Liqasında yarışmaq hüququ əldə edib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə