"Qarabağ" klubu İngiltərəyə yollanıb

"Qarabağ” futbol klubu Avropa Liqasının qrup mərhələsində son matçını keçirəcəyi İngiltərəyə yollanıb. SİA-nın məlumatına görə, komanda “Arsenal”ın qonağı olacağı Londona çarter reysi ilə üz tutub.

"Qarabağ"ı aparan təyyarə axşam saatlarında havaya qalxlb. Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-nə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bundan 30 dəqiqə sonra isə komandanın açıq məşqi olacaq.

Qeyd edək ki, Londondakı "Emireyts" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə