"Qəbələ” “Sabah”la matça hazırlaşır

Topaz Premyer Liqasında 2018-2019-cu illər mövsümünü başa vuran “Qəbələ” futbol klubu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, “qırmızı-qaralar” “Sabah”la ilk oyuna Bakıda hazırlaşır. XIV turun “Səbail”lə dekabrın 9-da keçirilən səfər matçından (0:0) sonra paytaxtda qalan komanda məşqlərini ara vermədən sürdürür. Dünən bərpa edici hazırlıq keçən futbolçular bu gün meydanda məşq edib. Baş məşqçi Sənan Qurbanovun yetirmələri “Bakı” klubunun bazasında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki, 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” - “Sabah” oyunu dekabrın 16-da baş tutacaq. Qəbələ şəhər stadionundakı matç saat 14:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə