"Real"ın futbolçusu "Bavariya"ya keçir?

Mövsümün sonunda heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran "Bavariya" transfer çalışmalarına başlayıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundesliqa çempionunun ilk hədəfi "Real"ın yarımmüdafiəçisi İskodu.

26 yaşlı futbolçunun sərbəst qalma məbləği 700 milyon avro olsa da, "kral klubu" onu satmağın əleyhinə deyil. Almanlar Madrid klubuna astronomik məbləğ təklif etməyə hazırlaşırlar. İspaniya millisinin üzvü özü də karyerasını Almaniyada davam etdirməyə razıdı. Tezliklə tərəflər arasında danışıqlara start veriləcək.

Qeyd edək ki, İskonun "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə