37 yaşlı hücumçu Messiyə çatdı

“Atletik”in futbolçusu Aris Aduris İspaniya La Liqasının son turunda “Jirona” ilə keçirilən oyunda (1:0) vurduğu qolla komandasına qələbə qazandırıb. Qol.az xəbər verir ki, 37 yaşlı hücumçu bununla La Liqada ardıcıl 14 mövsümdə qol vurmağı bacaran 3-cü futbolçu olub. Bundan əvvəl “Barselona”dan Lionel Messi və “Real”dan Serxio Ramos ardıcıl 14 mövsümdə fərqlənən futbolçular idi.

Bütün xəbərlər Facebook səhifəmizdə