“Mançester Siti”nin futbolçusu David Silva zədələnib. “Sky Sports”un yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçinin əzələsi dartılıb. Onun təxminən 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyuna 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə