AFFA "Səbail"in şikayətini rədd edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Federasiyanın rəsmi saytında yer alan xəbərə görə, yığıncaqda “Səbail” tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb. Klubun müraciətini rədd edən qurum Elton Yaqublu ilə bağlı qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, Eltun Topaz Premyer Liqasının 12-ci tunun “Neftçi” ilə oyunundan sonra hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanmış, klubu isə 3200 manat cərimələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə