"Slaviya"nın qolkiperi Azərbaycan millisi barədə danışdı

"Maraqlı qrupa düşmüşük. Favorit təbii ki, Fransadır. Onların fərdi baxımdan yüksək keyfiyyətli futbolçuları var".
Bu sözləri Slovakiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının qapıçısı Martin Vantruba yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Bu gün İsveçrənin Nyon şəhərində keçirilən AÇ-2021-in seçmə mərhələsinin püşkatmasının nəticəsi haqda danışan "Slaviya"nın qolkiperi qrupdakı rəqibləri dəyərləndirib: "Heç kimi qiymətləndirməyə bilmərik. Bütün matçlara ciddi şəkildə hazırlaşmalıyıq. İnanıram ki, bütün bacarığımızı göstərə biləcəyik. Böyük uğurlar qazanacaq potensialımız var. İsveçrə, Gürcüstan, Azərbaycan və Lixtenşteynlə qarşılaşmalarda da bizdən eyni ciddiyyət tələb olunacaq".

Qeyd edək ki, Slovakiya yığması Azərbaycan, Fransa, İsveçrə, Gürcüstan və Lixtenşteynlə birlikdə 2-ci qrupda yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə