Klopp açıqladı: Sadio Mane "Napoli"yə qarşı oynayacaq

"Liverpul"un futbolçusu Sadio Mane Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Napoli" ilə matçda oynaya biləcək. Bu barədə İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp məlumat verib. O deyib ki, zədədən sona bərpa olunmağa davam edən seneqallı hücumçu bu gecə keçirilən vacib görüşdə meydana çıxacaq: "O, ağrıya baxmayaraq, oynaya biləcək. "Bornmut"la qarşılaşmada bunu göstərdi".

Qeyd edək ki,"Liverpul" - "Napoli" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə