“Neftçi”nin seriyası qırıldı

Topaz Premyer Liqasının lideri “Neftçi” mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib. SİA-nın məlumatına görə, əvvəlki 13 oyunda rəqib qapılarına yol tapan paytaxt təmsilçisi “Sumqayıt”la matçda qol vura bilməyib - 0:0. Bununla da bakılıların 21 oyunluq seriyası qırılıb. “Neftçi” ötən mövsümün son 8 oyununda da qol sevinci yaşamışdı. Paytaxt təmsilçisi sonuncu dəfə ötən mövsümün martın 14-də “Qarabağ”la evdə keçirilən görüşdə qolsuz qalmışdı. Həmin oyun da 0:0 hesabı ilə başa çatmışdı. Bakılılar bu 21 matçda ümumilikdə 41 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə