Millimizin rəqibləri müəyyənləşdi

Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2021-ci ildə Macarıstanda və Sloveniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. SİA xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda ikinci qrupda Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn komandaları ilə mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə