Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 15-ci ildönümü ilə əlaqədar dekabrın 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, Milli Məclisin deputatları, idman ictimaiyyətinin nümayəndələri, Olimpiya və dünya çempionları, müəllim və tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Akademiyanın foyesindəki abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Daha sonra Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin tələbələri Ulu Öndərin sevdiyi mahnıları ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə