"Çelsi" Qonzalo İquaini transfer etmək istəyir

"Çelsi" "Milan"ın argentinalı hücumçusu Qonzalo İquaini transfer etmək istəyir. SİA-nın məlumatına görə, "zadəganlar" İquain üçün 3 futbolçusunu qarşı tərəfə verməyə hazırdır. Bunlar Fabreqas, Morata və hazırda "Milan"da icarədə olan Bakayokodur. "Milan" müqavilə ilə "Yuventus"a məxsus olan İquaini transfer etmək hüququna malik olduğundan bu gedişata razılıq verə bilər. Fabreqasın və Moratanın oyun praktikasından əziyyət çəkdiyini, İquainin isə "Milan"da oyunu alınmadığını nəzərə alaraq artıq qış transfer pəncərəsində "zadəganlar"la "rossoneri"lər arasında bu keçidlər baş tuta bilər.

Qeyd edək ki, Qonzalo cari mövsüm ərzində 16 oyuna 7 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə