"Mançester Yunayted" Pol Poqbanı bu qış satmayacaq

"Mançester Yunayted" futbolçusu Pol Poqbanı bu qış satmamağa qərar verib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə klubunun 25 yaşlı yarımmüdafiəçi üçün göndərilən bütün təklifləri rədd edəcəyi bildirilib. Komandanın baş məşqçisi Joze Mourinyonun fransalı oyunçunun "MY"da qalmasını istədiyi vurğulanıb. Qeyd edək ki, Poqba ilə "Barselona" və "Yuventus"un maraqlandığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə