"Mançester Siti"nin futbolçusu Rahim Sterlinq irqçiliyə məruz qalıb. Britaniya mətbuatının yazdığına görə, İngiltərə Premyer Liqasının 16-cı turunda səfərdə "Çelsi"yə məğlub olduqları oyunda (0:2) rəqib komandanın azarkeşləri 24 yaşlı futbolçunu irqçi sözlərlə - “pis zənci” deyərək təhqir ediblər. Qeyd edək ki, irqçilik edən azarkeşlərə qarşı London polisi tərəfindən araşdırma başladılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə