"Keşlə" hansı futbolçularla yollarını ayıracaq

Mövsümün ilk yarısında 12 xal toplayan "Keşlə"nin heyətində dəyişiklik ediləcək. SİA-nın məlumatına görə, paytaxt klubu Herve Tçami, Ebrima Sohna, Bahodir Nasimov və Elnur Cəfərovu komandadan göndərmək fikrindədir. Baş məşqçi Tərlan Əhmədov yerli futbolçu ilə yanaşı bir neçə legionerin də komandaya cəlb olunmasını istəyir.

47 yaşlı mütəxəssis aşağı yaş qruplarından ibarət milli komandalarımızın bir neçə üzvünü "Keşlə"yə cəlb etmək niyyətindədir. Gələcəyin komandasını qurmaq istəyən təcrübəli çalışdırıcı gənc yerli oyunçulara xüsusi önəm verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə