"Fənərbağça" tarixində ilk dəfə autsayderlər qrupuna düşüb

"Fənərbağça" Türkiyə Super Liqasının 15-ci turunda "Akhisarspor"a 0:3 hesabı ilə məğlub olub. SİA-nın məlumatına görə, səfər matçından əliboş qayıdan “bülbüllər”, tarixində ilk dəfə olaraq, autsayderlər qrupuna düşüb.

15 turdan sonra 14 xalla 16-cı pillədə yer alan "Fənərbağça" Super Liqada cari mövsümdə cəmi 3 dəfə qələbə qazana bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə