Libertadores kubokunun qalibi müəyyənləşib

Libertadores kubokunun qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, Madriddə keçirilən final qarşılaşmasının cavab matçında “River Pleyt”lə “Boka Xuniors” üz-üzə gəlib. İlk görüşü 2:2 hesabı ilə başa çatan Argentina klublarının cavab qarşılaşmasının əsas vaxtında qalib müəyyənləşməyib-1:1. Əlavə olunmuş dəqiqələrdə “River Pleyt” daha iki qol vuraraq 3:1 hesabı ilə qalib gəlib və kuboka sahib olub.

Qeyd edək ki, əzəli rəqiblərin cavab görüşü noyabrın 24-də Argentinada keçirilməli olsa da, azarkeşlərin "Boka Xuniors" futbolçularını daşıyan avtobusa hücum etməsi ilə əlaqədar təxirə salınıb və matçın neytral meydanda olmasına qərar verilib.

9 dekabr
Libertadores kuboku, final

“River Pleyt” (Argentina) - “Boka Xuniors” (Argentina)-3:1
Qollar:
Pratto, 68, Kintero, 109, Martinez, 120+2 - Benedetto, 44

Bütün xəbərlər Facebook səhifəmizdə