TPL-in 14-cü turda 2200 azarkeş qeydə alınıb

Topaz Premyer Liqasının 14-cü turunda qeydə alınan azarkeş sayı bəlli olub. SİA-nın məlumatına görə, turun ilk görüşü "Əlincə Arena"da "Sabah" və "Keşlə" arasında baş tutub. Qonaqların 2:1 hesablı qələbəsini stadionda 300 nəfər izləyib.

"Dalğa Arena"da baş tutan "Zirə" - "Qarabağ" matçında (0:6) 400, "Bayıl Arena"da reallaşan "Səbail" - "Qəbələ" qarşılaşmasında (0:0) isə 500 azarkeş qeydə alınıb.

Turun son oyunu "Bakcel Arena"da "Neftçi" və "Sumqayıt" arasında baş tutub. Qolsuz heç-heçə ilə başa çatan matçı 1000 nəfər izləyib.

Beləliklə, 14-cü turda 2200 azarkeş qeydə alınıb. Bu da hər oyuna 550 fanat deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə