İspaniya La Liqasında 15-ci turun görüşləri keçirilib. SİA-nın məlumatına görə, "Real" səfərdə "Hueska"ya 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu matçın 8-ci dəqiqəsində Qaret Beyl vurub.

La Liqada turnir cədvəlinə 31 xalla "Barselona" başçılıq edir. "Sevilya" və "Atletiko" 28 xalla 2-3-cü yerləri bölüşürlər. "Real" 26 xalla 4-cüdür. 7 xalı olan "Hueska" sonuncu - 20-ci pillədə qərarlaşıb.

"Hueska" - "Real" 0:1

Qol: Qaret Beyl, 8

Bütün xəbərlər Facebook səhifəmizdə