İspaniya La Liqasında 15-ci turun oyunları keçirilir

İspaniya La Liqasında 15-ci turun oyunları keçirilir. SİA-nın verdiyi məlumata görə, lider “Barselona” səfərdə “Espanyolu” 4:0 hesabı ilə darmadağın edib.

İlk üçlükdə qərarlaşan “Atletiko” isə “Alaves”in qapısında 3 cavabsız qol keçirib. Ötən ay sürpriz şəkildə liderliyə yüksələn “Alaves” son 3 turda qələbə qazana bilmədiyi üçün 4-cü pilləyə qədər geriləyib.

İkinci pillədəki “Sevilya” isə xal itkisi ilə üzləşib. “Əndəluslar” “Valensiya” ilə 1:1 bərabərə qalıb.

“Atletiko” - “Alaves” - 3:0

Qollar: Kaliniç, 25, Qrizmann, 82, Rodriqo, 87

“Valensiya” - “Sevilya” - 1:1

Qollar: Diakabi, 90+2 - Sarabia, 55

“Espanyol” - “Barselona” - 0:4

Qollar: Messi, 17, 65, Dembele, 26, Luis Suares, 45

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə