AFFA: "Baş məşqçi postuna namizədlərin siyahısı hazırlanacaq"

“Futbol üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi postuna namizədlərin siyahısı hazırlanacaq”. Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yeni baş məşqçinin adı İcraiyyə Komitəsinin dekabrın sonu, yanvarın əvvəlində keçirilməsi nəzərdə tutulan toplantısında açıqlana bilər.

E.Məmmədov bildirib ki, indiyə qədər milli komanda üçün bütün şərait yaradılıb: “Təlim-məşq toplanışları keçirilib, uşaq futboluna daha çox diqqət ayırmağa çalışıblar. Dövlət strukturları da kütləviliyin yaranmasına kömək edirlər. Kütləvilikdən keyfiyyətə keçmək milliyə və klublara aiddir. Bu mövsümdə UEFA-dan klublara çox böyük vəsait köçürülüb. Bununla uşaq futbolunu inkişaf etdirmək olar. İki il ərzində gözəl akademiya qurmaq mümkündür”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...