Prandelli "Genua"nı çalışdıracaq

Futbol üzrə İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandellinin yeni iş yeri məlum olub. 61 yaşlı mütəxəssis "Genua"nı çalışdıracaq. Bu barədə İtaliya klubunun rəsmi Tvitter səhifəsi məlumat yayıb. O, nu vəzifədə İvan Yuriçi əvəzləyib.

Qeyd edək ki, Prandelli karyerası ərzində "Parma", "Fiorentina", "Qalatasaray" və "Valensiya" kimi klublarda da çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə