Dünən start götürən futbol üzrə Azərbaycan Kubokunun 2018/19 mövsümünün ilk qolunun müəllifi Bəxtiyar Soltanov olub. SİA-nın məlumatına görə, “Sabah”ın 29 yaşlı yarımmüdafiəçisi “Ağsu” ilə səfər oyununda hesabı açıb. Ağsuda keçirilən görüşün 6-cı dəqiqəsində vurulan bu top həm də klubun tarixinə düşüb. Bu, paytaxt təmsilçisinin tarixində Azərbaycan kubokunda vurulan ilk qol olub. “Ağsu”nu 3:0 hesabı ilə məğlub edən “Sabah” ölkə kubokunda özünün ilk qələbəsinə imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə