"Dombelenin transferi Pol Poqbanın keçid qiyməti ilə eyni olmalıdır"

"Lion"un prezidenti Jan-Mişel Olyas klubun yarımmüdafiəçisi Tanqay N’ Dombelenin satılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib. SİA-nın məlumatına görə, klub prezidenti futbolçunun satış qiymətini də açıqlayıb: “Yarımmüdafiəçini satmaq fikrimiz yoxdur. Əgər belə fikrə düşsək, transferin qiyməti Pol Poqbanın keçid qiyməti ilə eyni olmalıdır. Başqa təklıifləri qəbul etməyəcəyəm”.

Xatırladaq ki, Poqba 2016-da "Yuventus"dan "Mançester Yunayted"ə keçib. Onun transferinə rekord məbləğ-105 milyon avro xərclənib.

N’ Dombelenin "Barselona" və "Real"dan təklif aldığı deyilir. 21 yaşlı futbolçu bu mövsüm Fransa çempionatında 16 dəfə forma geyinib. O, hesabına 4 məhsuldar ötürmə yazdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə