"Liverpul"un futbolçusu zədələnib

İngiltərə Premyer Liqasının 15-ci turunda "Börnli" ilə oyunda zədələnən "Liverpul"un futbolçusu Co Qomesin durumuna aydınlıq gəlib. SİA-nın məlumatına görə, 21 yaşlı futbolçu 6 həftəlik sıradan çıxıb. İngiltərə millisinin üzvü növbəti ildə yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, Qomes bu mövsüm Premyer Liqada 13 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...