UEFA “Reyncers”ə qarşı intizam işi açıb

UEFA Şotlandiyanın “Reyncers” klubuna qarşı intizam işi açıb. Qurumun rəsmi saytında yer alan məlumata görə, buna səbəb Qlazqo təmsilçisinin azarkeşlərinin Avropa Liqasının V turunda İspaniya “Vilyarreal”ı ilə ev oyunu zamanı davranışlarıdır. “Reyncers” matç zamanı azarkeşlərin meydana daxil olmasına və kənar əşyaların atılmasına görə cəzalana bilər.

UEFA İntizam Komitəsi məsələ ilə bağlı dekabrın 13-də qərar verəcək. Qeyd edək ki, oyunda hesab açılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə