Sərbəst güləşçilər "Alans" turnirində yarışacaq

Dekabrın 7-dən 9-dək Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə "Alans" turniri keçiriləcək. SİA-nın məlumatına görə, yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya və dünya çempionu Şərif Şərifov, Məhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) və Aslanbek Alborov (97 kq) təmsil edəcək.

Qeyd edək ki, çempionlar 5000, yalnız finalda məğlub olanlar 2000, bürünc medalın sahibləri isə 1000 dollar pul mükafatına sahib çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə