Balaca gimnast: “Arzum dünya çempionu tituluna yiyələnməkdir” - AÇIQLAMA

“Fəxr edirəm ki, klubumuzun üzvləri həmişə yüksək nəticələr göstərirlər”. Bunu SİA-ya açıqlamasında Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışlarında mübarizə aparan “Ocaq Sport” klubunun kiçik yaşlı gimnastı Səkinəxanım İsmayılzadə deyib.

O, hazırda davam edən çempionatda qalib olmaq üçün əlindən gələni etdiyini qeyd edib: “Ötəndəfəki yarışlarda 5-6-cı yerləri tutsam da, bu dəfə daha yaxşı nəticə göstərib 1-ci olmaq istəyirəm. Hələ ki, halqa ilə çıxışımda halqanı 1 dəfə itirsəm də, iplə çıxışımı səhvsiz başa vurmuşam. Mən Bakı çempiontında 4-cü yerə layiq görülmüşəm. Arzum dünya çempionu tituluna yiyələnməkdir”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...