Yığmamızın rəqibləri müəyyənləşib

Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, püşkün nəticəsinə əsasən, yığmamız Çexiya, Norveç və San Marino komandaları ilə 7-ci qrupunda mübarizə aparacaq.

Bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək Çexiyada təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə