"Milan"a yeni baş direktor təyin olunub

"Milan" klubuna yeni baş direktor təyin olunub. SİA-nın məlumatına görə, klubun səhmdarlarının baş tutan iclasında İvan Qazidisin təyinatı təsdiqlənib. 54 yaşlı xorvatiyalı funksionerlə 2020-ci ilin yayına qədər müqavilə bağlanılıb.

Qazidis ABŞ-ın Peşəkar Futbol Liqasının – MLS-in yaradıcılarından hesab olunur. O, 1994 - 2006-cı illərdə MLS-də müxtəlif vəzifələrdə çalışıb.

2009-cu ildə "Arsenal"ın icraçı direktoru təyin olunan funksioner bu ilin sentyabrından "Milan"da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə