Qomis “Fənərbaxça”ya transferi barədə danışdı

“Qalatasaray”ın keçmiş futbolçusu Bufetimbi Qomis “Fənərbaxça”ya transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Türkiyə mətbuatının yazdığına görə, 33 yaşlı hücumçu “instaqram” səhifəsində etdiyi paylaşımla bu xəbərləri təkzib edib: “Mən danışılan söz-söhbətlərdən qürur duyuram, xoşbəxtəm, amma aslan həmişə evində - Aslantəpədə qalacaq. Çox təəssüf edirəm, Aslanlar uça bilməz".
Qeyd edək ki, Seneqal əsilli fransalı futbolçu ötən mövsümün sonunda “Qalatasaray”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə