"Milan"dan açıqlama: "İbrahimoviçlə danışıqlar aparırıq"

"Milan" futbol klubu, sabiq futbolçusu - "Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviçlə danışıqlar apardığını təsdiqləyib. Bu barədə klubun idman direktoru Leonardo məlumat verib. O, isveçli hücumçunun "Milan"a keçməyə çox yaxın olduğunu bildirib: "Amma indi bu barədə ətraflı danışmaq zamanı deyil".

Qeyd edək ki, "Milan" rəsmilərinin futbolçunun agenti Mino Rayola ilə görüşdüyü və 37 yaşlı oyunçuya 6 ay + 6 ay şərti ilə müqavilə təklif etdiyi iddia olunur. Xatırladaq ki, İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə