“Torino” futbolçusu ilə müqavilənin müddətini uzadıb

“Torino” futbolçusu Yaqo Falkenin müqaviləsinin müddətini uzadıb. SİA-nın məlumatına görə, Turin təmsilçisi 28 yaşlı futbolçu ilə müddəti 2022-ci ilə qədər olan yeni müqavilə imzalayıb.

Falke cari mövsümdə “Torino” formasıyla 10 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

İspan futbolçuyla “Sevilya” yaxından maraqlanırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə