Müller millinin heyətində 100-cü matçına çıxıb

Millətlər Liqası çərçivəsində keçiriən Almaniya-Hollandiya matçı Tomas Müller üçün yubiley oyunu olub. SİA-nın məlumatına görə, "Bavariya"nın hücumçusu millinin heyətində 100-cü matçına çıxıb. 29 yaşlı alman qarşılaşmanın 67-ci dəqiqəsində meydana daxil olub. Müller Almaniya millisində 100 oyun keçirən 15-ci futbolçudur. Hücumçu yığmanın heyətində 38 qol vurub.

Ən çox qol vuranların ilk “üçlüyündə” Lukas Podolski (130), Miroslav Kloze (137) və Lotar Matteus (150) yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə