19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə qrup mərhələsində bu gün son oyununu keçirəcək. SİA-nın məlumatına görə, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionun ikinci meydanında Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma saat 17:00-da başlayacaq.

Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

Baş hakim: Erik Lambrechts (Belçika)

Baş hakimin köməkçiləri: Karel De Rocker (Belçika), Giorgi Elikaşvili (Gürcüstan)

Dördüncü hakim: Aleko Aptsiauri (Gürcüstan)

Bütün xəbərlər Facebook səhifəmizdə