Əliyar Ağayev Danimarka - İrlandiya matçını idarə edib

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının 6-cı turunun Danimarka - İrlandiya oyununu idarə edib. SİA-nın məlumatına görə, matç qolsuz bərabəliklə başa çatıb. Ə.Ağayev 90 dəqiqə ərzində cəmi bir sarı vərəqə göstərib. O, 85-ci dəqiqədə qonaq komandanın futbolçusu Sayrus Kristini cəzalandırıb.

Qeyd edək ki, Ə.Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirib. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olub.

Bütün xəbərlər Facebook səhifəmizdə