Ronaldu Özilə qəzəblidir: "Real"dan ayrıldığı üçün

İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu türk əsilli futbolçu Mesut Özilin İspaniyanın Madrid "Real"ından ayrılmasından sonra narahat olduğunu etiraf edib. "Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu sabiq komanda yoldaşının İngiltərə "Arsenal"ına keçidinin onun üçün pis xəbər olduğunu söyləyib.

Portuqaliyalı forvard Özilin onun əvvəlcədən nə edəcəyini bilən ən yaxşı oyunçu olduğunu bildirib: "İndiyə qədər onun komandadan ayrılmasına görə hələ də qəzəblənirəm".

Qeyd edək ki, Mesut Özil 2010-cü ildən 2013-cü ilə qədər "Real"da çıxış edib. Kriştianu Ronaldu isə 2009-cu ildən bu ilin yayına kimi İspaniya təmsilçisinin formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə