Belarus millisinin sabiq futbolçusu vəfat edib

Futbol üzrə Belarus milli komandasının sabiq futbolçusu Vladimir Juravel 47 yaşında vəfat edib. Bu barədə onun son olaraq baş məşqçilik etdiyi Qazaxıstanın "Şaxtyor" (Karaqanda) klubunun rəsmi saytı məlumat yayıb.

Onun uzun sürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilib. Qeyd edək ki, Vladimir Juravel futbolçu karyerası ərzində Belarus yığması ilə yanaşı, ölkəsinin "Dinamo" (Minsk) və "Torpedo" (Jodino) kimi klublarında da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə